
Azərbaycan xalqı müstəqillik illəri ərzində ölkənin siyasi sabitliyinin və inkişafının qorunmasına xüsusi önəm vermişdir. Bu baxımdan Prezident İlham Əliyevin fəaliyyəti və həyata keçirdiyi siyasət xalq tərəfindən daim dəstəklənmişdir. Bu dəstək təsadüfi deyil, ölkənin sosial, iqtisadi və siyasi sahələrdə əldə etdiyi uğurların məntiqi nəticəsidir.
İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra dövlət idarəçiliyində davamlılıq və yenilik prinsiplərini əsas götürmüşdür.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs uğurla davam etdirilmiş, eyni zamanda müasir çağırışlara uyğun islahatlar həyata keçirilmişdir. Azərbaycan xalqı bu siyasətin nəticələrini gündəlik həyatında hiss etdiyi üçün Prezidentə olan etimad illər keçdikcə daha da möhkəmlənmişdir.
Ölkənin iqtisadi inkişafı Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Son illərdə regionların sosial-iqtisadi inkişafı proqramları uğurla icra olunmuş, yeni iş yerləri açılmış, infrastruktur layihələri reallaşdırılmışdır. Yol, məktəb, xəstəxana və digər sosial obyektlərin tikintisi əhalinin rifahının yüksəlməsinə xidmət etmişdir. Bütün bunlar xalqın dövlət başçısına olan dəstəyini daha da gücləndirmişdir.
Azərbaycanın beynəlxalq arenada artan nüfuzu da Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Ölkəmiz bir çox beynəlxalq layihələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi tanınır. Enerji layihələri, nəqliyyat dəhlizləri və diplomatik uğurlar Azərbaycanın müstəqil siyasət yürütmək qabiliyyətini nümayiş etdirir. Xalq bu uğurları yüksək qiymətləndirərək Prezidentin siyasətini dəstəkləyir.
Xüsusilə 2020-ci ildə əldə olunan tarixi Qələbə Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasındakı birliyin bariz nümunəsi oldu. Ali Baş Komandan kimi Prezidentin qətiyyətli mövqeyi, ordunun gücü və xalqın həmrəyliyi nəticəsində ərazi bütövlüyümüz bərpa edildi. Bu hadisə Prezidentə olan ümumxalq dəstəyini daha da artırdı və tarixə milli birlik nümunəsi kimi düşdü.
Azərbaycan xalqının Prezident İlham Əliyevi daim dəstəkləməsi onun həyata keçirdiyi düşünülmüş, məqsədyönlü və milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Xalq və Prezident birliyi Azərbaycanın gələcək inkişafının əsas təminatıdır və bu birlik ölkəmizin daha da güclənməsinə xidmət edir.
Mətanət Cəfərova,
Yeni Azərbayacan Partiyası, məsləhətçi



