AnalitikaGündəmSiyasət

Qətiyyətin Gücü: Status-kvonun Dəyişdiyi

Bəziləri elə düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra əldə etdiyi mövqelərlə kifayətlənəcək, Şuşanın azadlığı ilə dayanacaq. Lakin bu fikirlər Azərbaycanın iradəsini, xalqın qətiyyətini və dövlətin strateji məqsədlərini düzgün qiymətləndirmirdi. Azərbaycan tarixi boyunca heç vaxt yarımçıq qələbə ilə barışmayıb və bu dəfə də istisna olmadı.

Qarabağ Zəfəri sadəcə bir əməliyyatın yox, bir millətin yenilməz ruhunun nəticəsi idi. Şuşanın azad edilməsi Qələbənin zirvəsi olsa da, prosesin sonu deyildi. Dövlət başçısının qəti mövqeyi və ordunun ruh yüksəkliyi Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməyə yönəlmişdi. Hər qərar, hər addım bu strateji məqsədin bir hissəsi idi.

Azərbaycan sübut etdi ki, Bəyanatla müəyyən edilən çərçivə onun milli maraqlarını məhdudlaşdıra bilməz. Diplomatik danışıqlar, siyasi təzyiqlər və beynəlxalq sınaqlar qarşısında belə Azərbaycan öz yolundan dönmədi. Bu, dövlətin suverenliyinə, xalqın iradəsinə və ədalət prinsiplərinə əsaslanan mövqenin təntənəsi idi.

Bu qətiyyətin nəticəsində regionda yeni reallıq yarandı — Azərbaycan öz sözünü yalnız diplomatiya ilə deyil, həm də əməli fəaliyyəti ilə təsdiqlədi. Status-kvonu dəyişmək cəsarət tələb edirdi, lakin bu cəsarətin arxasında həm ədalət, həm də güc dayanırdı.

Ləman Məmmədova
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button