AnalitikaGündəmSiyasət

Tarixi Zəfərin Təntənəsi

20 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına qürur və sevinclə yazılan günlərdən biridir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi illərlə işğal altında qalmış torpaqlar bu tarixdə azad olunaraq ölkəmizin bütövlüyü bərpa edildi. Bu hadisə təkcə hərbi uğur deyil, həm də xalqımızın dözümünün, əzminin və birliyinin göstəricisi oldu.

Bu qələbə yalnız sərhədlərin bərpası ilə məhdudlaşmadı, həm də illərlə həsrətini çəkdiyimiz doğma yurd yerlərinə qayıdışın başlanğıcını qoydu. Azad edilən şəhərlər Azərbaycan dövlətçiliyinin simvoluna çevrildi. Xüsusilə Xocalı faciəsinin qurbanlarının ruhu üçün bu qələbə ədalətin təntənəsi kimi qiymətləndirilir.

Xankəndinin və digər şəhərlərin azadlığı Azərbaycan xalqının milli iradəsinin nəticəsi olaraq gələcək nəsillərə mühüm mesaj verir. Bu torpaqların bərpası və dirçəldilməsi artıq dövlətin əsas prioritetlərindəndir. Qısa zamanda həyata keçirilən quruculuq işləri bölgənin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır.

20 sentyabr bundan sonra yalnız hərbi qələbənin deyil, həm də milli birliyin, dövlət suverenliyinin və tarixi ədalətin rəmzi olacaq. Bu gün xalqımızın tarixində unudulmaz bir dönüş nöqtəsi kimi əbədi qalacaq.

YAP Xəzər rayon təşkilatının fəalı
Ələkbər Novruzov

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button