GündəmAnalitikaSiyasət

Milli İradənin Təntənəsi

Xalqların tarixində müstəqillik ən ali dəyər, ən böyük qürur mənbəyidir. Öz taleyinə sahib çıxmaq, dövlət qurmaq və onu inkişaf yoluna çıxarmaq hər millət üçün misilsiz nailiyyətdir. Azərbaycan xalqı da əsrlər boyu qarşılaşdığı bütün sınaqlara baxmayaraq, bu arzunu həyata keçirə bilmişdir.

Tarix boyunca işğallar, təzyiqlər və məhrumiyyətlər xalqımızın qarşısına sədd çəkmişdir. Amma bütün bunlara baxmayaraq, milli ruhu, azadlıq istəyi heç vaxt sarsılmamışdır. Məhz bu iradə sayəsində Azərbaycan müstəqil dövlət olaraq dünyada layiqli yerini tutmuşdur.

Əldə edilən müstəqillik yalnız hüquqi sənədlərlə deyil, qəhrəman oğul və qızlarımızın qanı, fədakarlığı ilə möhkəmlənmişdir. Əsgərlərimizin və zabitlərimizin göstərdiyi igidlik, şəhidlərimizin canı bahasına qazanılan suverenlik, bu gün hər bir azərbaycanlının qəlbində müqəddəs sərvət kimi yaşayır.

Azərbaycan xalqı bu dəyərləri qoruyaraq gələcəyə inamla addımlayır. Ərazi bütövlüyümüz və müstəqil dövlətçiliyimiz yalnız bu günün deyil, sabahın da zəmanətidir. Bu nailiyyətlər milli kimliyimizin və tarixi varlığımızın əsası olaraq əbədi qalacaq.

Fatimə Axundzadə
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button