
Milli Antidopinq Agentliyi (AMADA) karateçi İlkin Abaslı və boksçu Rüfət Nəbiyevi diskvalifikasiya edib.
Gundemws.az AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, onlar 24 ay müddətinə idmandan kənarlaşdırılıblar.
İ.Abaslı nümunəsində qadağan edilmiş maddə aşkarlandığı üçün, R.Nəbiyev isə məkan məlumatı pozuntusuna yol verdiyinə görə cəzalanıb.