Prezident İlham Əliyev diplomatik, sosial və iqtisadi sahələrdə Azərbaycanın qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirərək, ölkəni yeni inkişaf mərhələsinə yüksədib. Onun apardığı siyasət həmçinin regional və beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu artırıb. Böyük Qayıdış və postmüharibə dövründəki inkişaf layihələri, eyni zamanda, Prezident İlham Əliyevin liderlik şəxsiyyəti, xalqına və dövlətinə olan sevgisi xüsusi əhəmiyyət malikdir. Bu siyasət, təkcə Azərbaycanın deyil, bütöv Cənubi Qafqazın və regionun gələcəyini təmin edəcək böyük bir strateji zəfərdir.
Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın apardığı mübarizə, yalnız hərbi qələbə ilə yox, həm də diplomatik, sosial və iqtisadi sahələrdə böyük uğurlarla nəticələnib. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonrakı dövr, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və sabitlik yaratmaq üçün atılan mühüm addımların şahidi oldu. Bu dövr həm də Azərbaycanın Böyük Qayıdış strategiyasının başlanğıcı olub. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və xalqına olan bağlılığı bu tarixi prosesin əsasını təşkil etmişdir. Eyni zamanda bu hadisələr cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin kuliminasiya nöqtəsi olmuşdur.
Cənab Prezident Azərbaycan xalqı üçün əvəzsiz bir lider olmağı bacardı. Ölkədə aparılan köklü islahatlar, ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətindəki əldə edilən uğurlar, şəhid ailələri, qazilər, qaçqın və məcburi köçkünlərə ayrılan diqqət və qayğı, ölkədə təmin olunan siyasi sabitlik, təhlükəsiz və sosial rifahın yaxşılaşdırılması yolunda görülən işlər Cənab İlham Əliyevin birmənalı şəkildə Ümummilli Liderin davamçısı olduğunu sübut edir. Qarabağ zəfəri, Şuşada Azərbaycan bayrağının dalğalanmasına nail olunması, mehriban qonşuluq siyasəti, Qarabağın münaqişə zonasından beynəlxalq maraqların kəsişdiyi əlverişli plasdarma çevrilməsi, Beynəlxalq arenada Azərbaycanın artan nüfuzu–bütün bu sadalananlar bu gün Azərbaycanın beynəlxalq siyasi müstəvidə əldə etdiyi müvəffəqiyyətlərdir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi