İsrail Prezidenti İsaak Hersoq Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
Gundemws.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın İsraildəki Səfirliyi öz “X” hesabında paylaşıb.
Bildirilib ki, görüş zamanı H.Hacıyev Prezident İlham Əliyevin israilli həmkarına salamlarını çatdırıb.
Hersoq isə öz növbəsində salama görə minnətdarlığını bildirərək onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Tərəflər, həmçinin görüş zamanı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərə, eləcə də regionda baş verən hadisələrə dair müzakirələr aparıb.