Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin sülh üzərindəqələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçünseparatçı ideyaların süqutu, miflərin darmadağın olması vəməğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədəncəbhədə və siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistanisə aciz kapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!.
Dövlət başçımızın 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə andiçmə mərasimindəki nitqindən bəzi məqamları xatırladraq deyib ki, ölkə rəhbəri o zaman bəyan etmişdir ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq. Son illər bütün sahələr üzrə qazanılan uğurlar da bunu göstərdi. Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində ərazisnin 10 hektara yaxın olduğu Zəfər parkının, Zəfər abidəsinin açılışının reallaşması, Zəfər muzeyinin inşa edilməsi tarixi Qələbəmizin növbəti nümunələridir. Dövlətimizin başçısı qeyd etdi ki, şəhərimizin ən gözəl yerlərindən birində bu günbizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Müasir üslubda inşa edilən əzəmətli Zəfər tağınınhündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Prezident dedi ki, biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gəncnəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bugün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”. Ali Baş Komandanın dediklərinə istinadən qeyd edimki bizşəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızınəzmini bütün dünyaya nümayiş etdirmişdir. Dünya birliyi də şahid oldu ki, torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər.
Müharibə başlayanda ölkəmizə qarşı qərəzli olan beynəlxalq təşkilatların, həmçinin ermənipərəst dövlətlərin təzyiqlərinə baxmayaraq, heç kim bizi dayandıra bilmədi. 2020-ci ilnoyabrın 8-də tarixi Şuşa əməliyyatı, demək olar ki, düşmənin belini qırdı. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. Həmin gündən Azərbaycan dünyada rəsmən Qalib, Ermənistan isə məğlub dölətkimi tanındı: “ Möhtərəm Prezidentimizin dediyi kimi, indi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi”. Ölkə başçısı dedi ki, biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi-ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. Bu gün dünya birliyi də “Qarabağ Azərbaycandır”! reallığını qəbul edib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində dünyanın bir sıra dövlətlərinin yaxından iştirakı, həmçinin işğaldan azad edilmiş ərazilərdə nüfuzlu beynəlxlaq tədbirlərin keçirilməsi də bunu təsdiqləyir.
Ələkbərova Bahar,
Xəzər rayonu, 121 nömrəli tam orta məktəbin direktor müavini