Analitika

Füzulidə sıfırdan infrastruktur yaradılır

Son zamanlar ölkəmizdə baş verən dəyişikliklər dünyanın diqqət mərkəzindədir. Bu dəyişikliklərinin böyük əksəriyyəti isə müsbət yöndədir. Bu gün Azərbaycan Respublikasının bu qədər inkişaf etməsi, regionda və dünyada tanınan ölkə olması heç də asan başa gəlməyib. Bəşər tarixində yaşanan ən qanlı, ən faciəli hadisələrdən biri də xalqımızın başına gəlmiş, torpaqlarımız zorla əlimizdən alınmışdı. 90-cı illərdə Azərbaycan özünün ən ağır günlərini yaşamışdır. İşğalçı Ermənistan dövləti Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş, yurddaşlarımızı doğma torpaqlarından qovmuşdur. Ermənistan tarixi Azərbaycan torpaqları olan Qarabağı və ona bitişik yeddi rayonu işğal etdikdən sonra onları talan etmiş, orada olan tarixi-dini, mədəniyyət abidələrini məhv etmişdir. Lakin Azərbaycan ordusu 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Dəmir Yumruq əməliyyatı zamanı işğal olunan torpaqlarımızı işğaldan azad etdi.

Dövlət başçısının uğurlu siyasəti nəticəsində hər birimiz sevincli günlər yaşayırıq. Bəli , hər şey qurulan strategiyanın nəticəsidir. Amma səbr etmək də burada ən önəmli məsələlərdən biri idi. Ani bir səhvimiz bizi uğura apara bilməzdi. Lakin Prezident İlham Əliyevin apardığı uğurlu siyasət torpaqlarından didərgin düşmüş sakinləri yenidən dədə-baba yurdlarına qaytardı. Hələ qarşıda bu torpaqlarda konsertlər , tədbirlər nələr–nələr görəcəyik. Dəmir yumruq ətrafında sıx birləşək , əziz xalqım. Qarabağ Azərbaycandır !

Azərbaycanın bu gün dünyanın hər yerində qeyd edilən möhtəşəm Qələbəsinin əsasında məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu xüsusi vurğulanmalıdır. Məhz onun böyük təşkilatçılıq qabiliyyəti, strateji düşüncə tərzi, dünya liderləri arasında xüsusi mövqe qazanmasına səbəb olmuş yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu qələbənin əldə olunmasında mühüm rol oynayır.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button