Bakıda MDB ölkələrinin təhlükəsizlik xidməti rəhbərlərinin görüşü keçirilib
Azərbaycan Respublikası xarici əlaqələr çərçivəsində bir çox beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir. Bu təşkilatlardan biri də Müstəqil Dövlətlər Birliyidir. Müstəqil dövlətlər birliyi (MDB) 1991-ci il 8 dekabr tarixində yaranıb.90-ci illərdə Sovet İttifaqının dağılması nəticəsində ittifaqa daxil olan bir çox dövlətlər öz müstəqilliyini elan etdilər. Rusiya, Ukrayna və Belarusiya dövlətləri sonradan öz aralarında iqtisadi, mədəni, siyasi əlaqələrin davam etdirilməsi məqsədilə bu təşkilatı yaratmışdır. Daha sonralar Azərbaycan, Özbəkistan, Qırğızıstan və Ermənistan kimi dövlətlər də təşkilata daxil olmuşdur. Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır.
Azərbaycan Respublikası MDB-yə 1993-cü ildə üzv olub və təşkilatın fəal üzvüdür. Dövlətimiz təşkilata üzv olduğu ilk vaxtlardan üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi və təşkilatın fəaliyyəti ilə bağlı təşəbbüslə çıxış edir, təkliflər irəli sürür. Ölkəmiz MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, elm, humanitar sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir.
Əməkdaşlığın digər sahələrindən biri də birlik ölkələrinin təhlükəsizlik məsələləri, o cümlədən MDB məkanında sabitliyin təmin edilməsidir. Bu sahə çərçivəsində 11 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Dövlət başçısı görüşdə çıxış edib və çıxışı zamanı fəaliyyətin möhkəmləndirilməsi və gələcək əməkdaşlığa dair məsələlərdən bəhs edib.
Bu gün Azərbaycanda belə görüşlərin keçirilməsi ölkəmiz üçün böyük siyasi əhəmiyyətə malikdir və ölkənin beynəlxalq arenada yüksək nüfuzundan xəbər verir.
Zərxanım Abbasova,
YAP-ın fəalı