Analitika

Xankəndidə Azərbaycan bayrağının ucaldılması mühüm tarixi və siyasi hadisədir

“Oktyabr ayının 15-də Prezident İlham Əliyevin Xankəndidə, Xocavənddə, Ağdərədə, Xocalıda, Əsgəranda, Sərsəng su anbarının ərazisində Azərbaycan bayrağını ucaltması mühüm tarixi və siyasi hadisəyə çevrildi”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, 20 il öncə, 2003-cü ilin oktyabr ayının 15-də xalq Prezident İlham Əliyevə etimad göstərməklə nə qədər haqlı olduğunu və düzgün seçim etdiyini isbatladı: “Prezident İlham Əliyev 20 il öncə xalqa müraciət edərək söz vermişdi və Konstitusiyaya, “Qurani-Kərim”ə əl basaraq and içmişdi ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Prezident İlham Əliyev 20 il ərzində nəinki verdiyi bütün vədləri yerinə yetirdi, hətta 30 illik işğala, xalqımızın torpaq, doğma Vətən nisgilinə son qoydu, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi. Prezident İlham Əliyev 20 il ərzində Azərbaycan dövlətini gücləndirməklə və işğal altında olan torpaqlarda bayrağımızı ucaltmaqla yanaşı həmçinin erməni xülyasının, separatizminin kökünü qurutdu. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan tarixinə və coğrafiyasına zorla gətirilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 100 ilində arxivə göndərildi”.

“Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə Xankəndidə Azərbaycan bayrağının uzaldılması, Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tamamilə təmin edilməsi böyük rəmzi məna daşıyır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub: “2020-ci ildə Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. 2023-cü ilin sentyabr ayının 19-da keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam olaraq təmin edildi. Şübhə yoxdur ki, bu Zəfər yolunun əsasında Azərbaycanın böyük oğlu, dünyaşöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Bu gün isə artıq üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın, Şərqi Zəngəzurun hər bir qarışında qürurla dalğalanır”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button