Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu şərəfli və məsuliyyətli ali vəzifəyə ilk dəfə 2003-cü il oktyabrın 15-də seçilib. Bu ali vəzifədən öncə də, ölkənin ictimai-siyasi, iqtisadi sahələri ilə sıx bağlı olan mühum vəzifələr daşıyan İlham Əliyev, Prezident vəzifəsində ölkənin ən taleyüklü məsələlərini həll etmək üçün var qüvvəsi ilə çalışıb. Dövlətin dayanıqlı inkişafını təmin etmiş mühüm addımlar, Ordunun gücləndirilməsi, milli müdafiə sənayesinin inkişafı, konstruktiv beynəlxalq əməkdaşlığın genişləndirilməsi, mədəni irsə həssas münasibət, gənc nəslin təlim-tərbiyəsi, milli donor institutlarının təşkili,eləcə də onlarla fəaliyyət sahəsi İlham Əliyevin prezidentliyi dövründə çox sürətlə inkişaf etdi. İlham Əliyev ilk gündən bəyan etdi ki, o, Ümummilli liderin siyasi kursunu davam və inkişaf etdirəcək.Şuşanın azad olunmasını bəyan edən Müzəffər Ali Baş Komandanın o məşhur, duyğulu sözləri: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”!Eyni zamanda 2023-cü ilin Heydər Əliyev İli elan olunması haqqında Sərəncamı: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”. Yalnız bu iki hadisədən sitat gətirdiymiz cümlələr belə İlham Əliyevin prezidentliyi dövründə qazanılmış uğurlarımızın təməllərini dəqiq ifadə etməyə yetir.
İlham Əliyev ölkəmizdə sabitliyin,inkişafın təmin edilməsinin, dövlət müstəqilliyinin möhkəmləndirilməsinin qarantı, torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandanı olaraq, sədaqətin, peşəkarlığın, alovlu vətənpərvərliyin nəyə qadir olduğunu sübut edib. Ümummilli lider xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətindəki “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözləri əminliyin, etibarın, uzaqgörənliyin dəqiq ifadəsiydi. Doğrudan da, Ümummilli liderin axıra çatdıra bilmədiyi işləri İlham Əliyev böyük uğurla davam etdirir. Ölkə həyatının elə bir sahəsi yoxdur ki, İlham Əliyevin şəxsi nəzarəti, mühüm töhfələri, tarixi xidməti orada özünü göstərməmiş olsun. Paytaxt Bakıda, bölgələrdə tikilən körpülər, qazılan tunellər, müxtəlif yol qovşaqları və ötürücülərdən tutmuş, nəhayət işğaldan qurtarılmış torpaqlarımızdaki böyük infrastruktur layihələrinə qədər hər yerdə İlham Əliyevin yola, quruculuğa, abadlığa, bir sözlə tərəqqiyə verdiyi önəmi aydın görə bilərik. Məhz İlham Əliyevin təkidli tələbi ilə, məlum 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına salınmış 9-cu maddə geniş mənada Yol ilə bağlıdır. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin ətraf dünyaya çıxışını təmin edib. Sərq-Qərb, Cənub-Şimal… Buraya böyük neft, qaz infrastruktur layihələrini – ixrac boru kəmərlərinidə əlavə etsək, danılmaz və möhtəşəm mənzərə alınır. İlham Əliyevin prezidentliyi dövründə minlərlə məktəbin tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin çağdaş dövrün çağırışlarına, tələblərinə uyğun qurulmasına çox önəmli töhfələr verib. İlham Əliyev respublikamızın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və təfəkkürə, sağlam təhlilə əsaslanan, pozitiv, milli məqsədlərə xidmət edən fəaliyyət örnəyi gətirdi. Məhz İlham Əliyev demokratiyanın milli mədəniyyətimizlə, mentalitetimizlə, eləcə də, İslam sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər olduğunu sübut etdi.Azərbaycançılıq fəlsəfəsi ilk vaxtlardan başlayaraq, Prezident Əliyevin siyasətinin əsas mənəvi dayaqlarndan birinə çevrildi. Milli qürur, ləyaqət beynəlxalq uğurlarımızın əsas şərtlərindən oldu. Bu gün Qalib Azərbaycanın vətəndaşları olaraq, dünyanın dörd tərəfində məhəbbət, qibtə, hətta həsəd gordüyümüzü deyə bilərik. Milli maraqlar, peşəkarlıq, prinsipiallıq və siyasi iradə Azərbaycan Respublikasının inkişafını təmin edən ən əsas amillər sırasındadır. Qüdrətli Azərbaycan Respublikası bütün Dünya Azərbaycanlılarının qürur mənbəyidir. Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İqtisadi Əməkdaşlıq Təşkilaında, Türk Dövlətləri Təşkilatında, üzv və ilk dəstəkçilərindən olduğumuz digər qurumlarda ləyaqətlə təmsil olunur. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra iki mühüm hadisəni vurğulamaq lazımdır.Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi “Şusa Bəyannaməsi”və”Böyük Qayıdış”. Bütün digər konkret işlər, əməli fəaliyyətlərlə birgə bu iki hadisə Prezident İlham Əliyevin müdrikliyini, uzaqgörənliyini, qətiyyətini, peşəkarlığını bir daha təsdiq edir. 23 saat 43 dəqiqə…Azərbaycanın Qarabağ iqtisadi rayonunda lokal antiterror əməliyyatı məhz bu qədər vaxt davam etdi. Müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu möhtəşəm qələbə çaldı. Bununla da, biz cənab Prezident İlham Əliyevin “nəyi, necə , nə vaxt edəcəyimi, bunu mən bilirəm” ifadəsinin növbəti dəfə öz təsdiqini tapdığının şahidi olduq.
Faktiki olaraq, Azərbaycan noyabr ayının 10-da Azərbaycan və Rusiya Federasiyası prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış Üçtərəfli bəyanatdan irəli gələn və 3 ildir ki, yerinə yetirilməyən 4-cü bəndi uğurla icra etdi. Əməliyyatların uğurla başa çatması, separatistlərin təslim olması və Qarabağın erməni sakinlərinin nümayəndələrinin Yevlax rayonunda görüşə razılıq verməsi Azərbaycan dövlətinin gücünün və dövlətçiliyinin növbəti təntənəsidir.
Ələfsərova Həmidə,
YAP-ın fəalı