Analitika

Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biridir

2023-cü il “Heydər Əliyev İli” kimi adlandırılan bu il, Azərbaycanın Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və milli dövlətçilik təfəkkürünün təbliği məqsədilə qeyd edilir. Bu məqsədlə, Ulu Öndərin tematik sitatları ilə bağlı müxtəlif tədbirlər keçirilir. Ulu Öndərin milli dövlətçilik anlayışı və müstəqillik məsələlərinə verdiyi önəm, öz torpaqlarının və hüquqlarının sahibi olmaq arzusu, Azərbaycan xalqının çoxşaxəli başlayan dövlətçilik tarixi kimi mövzular Ulu Öndərin nitq və müsahibələrindən seçilmiş sitatlarla əks olunur. Beynəlxalq təşkilatların, diplomatik korpusun üzvləri və Azərbaycan intellektualı daxil olmaqla bir sıra siyasətçilər bu mövzuda fikirlərini ifadə edirlər. Sitatlar Azərbaycan xalqının müstəqilliyini qazanmaq üçün etdiyi fədakarlıqları, onu qorumağın çətinliklərini və bütün vətəndaşların onu qorumaq üçün çalışmalarının lazımi olduğunu vurğulayırlar. Ümumi olaraq, sitatlar milli gurur hissi və Azərbaycanın suverenliyinin və müstəqilliyinin qorunmasına olan bağlılığı ifadə edir. Onlar müstəqilliyi sadəcə siyasi bir ideya olaraq deyil, həmçinin Azərbaycan xalqı üçün şəxsi və emosional bir konsept olaraq təqdim edirlər. Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biridir. Heydər Əliyev irsi gənc nəsil üçün bir məktəbdir. Bu gün Azərbaycan gənci bir olmağı, bir yumruq altında birləşməyi bacarır, lazım gələndə öz sözünü deyə bilir.Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur. Bu müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açmışdır. Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Bütün bunlar dövlətimizin daxili qüdrəti ilə yanaşı, beynəlxalq nüfuzunun artırılmasına xidmət edir. Xəzərin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ulu Öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ulu Öndər eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi. Gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurub. Ulu Öndər təkcə Azərbaycanda deyil,həm də Türk dünyasının tanınmış simalarındandır.Tanrı onu Azərbaycan xalqının xilaskarı kimi bu xalqa bəxş etmişdir.Heydər Əliyev tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş, özündə ən ali keyfiyyətləri birləşdirən bir şəxsiyyətdir. Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.  Siyasi və iqtisadi böhran keçirən bir ölkədə qısa zamanda sabitlik yaratmaq, dünyanın nəhəng şirkətlərini regiona cəlb etmək, konkret olaraq milyard dollarla ölçülən sazişləri imzalamaq, sözsüz ki, uzaqgörən siyasət və müdriklik tələb edirdi. “Əsrin müqaviləsi”nin Azərbaycanın parlaq inkişafı üçün nə demək olduğunu hamı anlamalıdır”. Bu sözlər məhz ümummilli lider Heydər Əliyevə məxsusdur. Xüsusi vurğulanmalıdır ki, müstəqil Vətənimizin sosial, iqtisadi, siyasi inkişafı, Cənubi Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində Heydər Əliyev dühasının yeritdiyi siyasi kurs – Azərbaycanın beynəlxalq aləmə geniş inteqrasiyasına rəvac verən bu tərəqqi yolu ölkəmizin sayılıb-seçilən dövlətlər arasında öz layiqli yerini tutmasına, ən əsası isə xalqımızın firavan və xoşbəxt gələcəyinə tam təminat vermişdir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button