AnalitikaGündəmSəhiyyə

Zərifə xanımın ömür yolu insanlara şəfa, elmə isə nur bəxş etdi

15 Aprel qiymətləndirmək üçün önəmli bir gündür. Bu gün, Zərifə Əliyevanın tibb sahəsindəki böyük töhfələrini xatırlamaq, onun insanlara olan qayğısını və peşəkarlığını təqdir etmək məqsədi ilə müxtəlif tədbirlər və anım mərasimləri keçirilir.

Zərifə Əliyevanın anım günü, yalnız onun öz sahəsindəki xidmətlərini xatırlamaqla məhdudlaşmır. Eyni zamanda bu gün, onun tibb elminə verdiyi dəyərli töhfələrin və elmi irsinin yaşadılması üçün bir fürsət olaraq qəbul edilir. Hər il 15 Aprel tarixində keçirilən anım mərasimlərində, onun apardığı elmi tədqiqatlar, təhsil sahəsindəki fəaliyyəti və tibbin inkişafına verdiyi töhfələr geniş müzakirə olunur.

Zərifə xanımın anım günü, yalnız elmi dünyada deyil, həm də cəmiyyətin hər bir üzvü tərəfindən qeyd olunur. Onun insanlara göstərdiyi xidmət və cəmiyyətə olan bağlılığı, həm öz işində, həm də şəxsi həyatında önəmli bir nümunə olmuşdur. 15 Aprel qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif tədbirlər və layihələr həyata keçirilir.

O, öz işində həmişə müasir metodlara və ən önəmlisi tibbi nailiyyətlərinə önəm verərək elmin inkişafını dəstəkləmişdir. Onun mirası, yalnız Azərbaycanın deyil, həm də dünyanın müxtəlif ölkələrində tibb sahəsində irəliləyişlərə ilham vermişdir. Zərifə xanımın anım günü, bu müasir yenilikləri daha geniş yaymaq və tibbin gələcəyinə olan töhfələrini bir daha qiymətləndirmək üçün vacib bir gündür.

Bu gün, Zərifə Əliyevanın anım günü, həm də onun xatirəsinin əbədi olaraq yaşadılması və onun tibb sahəsinə verdiyi töhfələrin gənc nəsillərə düzgün təbliği üçün əlamətdar bir gündür.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button