AnalitikaGündəmSiyasət

Zərifə Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır

Akademik Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonun Şahtaxtı  kəndində anadan olmuşdu. Öz həyatını Səhiyyə elminin inkişafına həsr edən Zərifə xanım 1942-cı ildə orta  məktəbi  bitirdikdən sonra Azərbaycan Tibb İnstitunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu  ildən başlayaraq Zərifə Əliyeva  Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda  elmi  işçi  kimi  fəaliyyətə başlayır. 1950-ci ildə Akademik Zərifə Əliyeva aspiranturaya daxil  olmuşdur. 1960-cı ildən  1967-ci  ilə kimi  Zərifə  xanım  Oftalmologiya  İnstitutunda  böyük elmi işçi vəzifəsində  çalışmışdı. XX əsrin  40-cı illərin sonunda Azərbaycanda gözü zədələyən, hətta korluğa belə gətirib  çıxaran traxoma   infeksion xəstəliyi  geniş  yayılmışdı. Belə  bir zamanda  Zərifə  Əliyeva  traxoma  xəstəliyinə  qarşı  aparılan Müalicəvi  və  profilaktik  tədbirlərin  təşkilində  və  keçirilməsində  fəal  rol  oynamışdı. Traxomanın sosial  xəstəlik  kimi ləğv  olunması məhz  Zərifə  xanımın  adı  ilə bağlıdır. Zərifə  xanım  Əliyeva  həmin  dövrdə  kimsəsiz uşaqlar  arasında yayılan traxoma  xəstəliyinin  qarşısının alınmasında  xüsusi  xidmət  göstərmişdi. Böyük alim Zərifə xanım yalnız  çalışdığı  institutla  kifayətlənməyərək  respublikanın  digər  şəhər  vərayonlarını  gəzərək  müalicə-profilaktik  tədbirlər  görmüşdü. Zərifə  xanım 1967-ci ildə Azərbaycan Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitunun  göz  xəstəlikləri kafedrasına  dosent  vəzifəsinə  dəvət  olunur. Sözügedən  institutda  çalışdığı  dövrdə  bir  çox cərrahiyə  əməliyyatları aparmış  və xəstələrə  məsləhətlər  vermişdi.Traxoma  xəstəliyi  ilə yanaşı  Zərifə  Əliyeva  qlaukoma  xəstəliyinin  öyrənilməsi  ilə  bağlı bir  sıra  tədqiqat  işləri  aparmışdı.Zərifə  xanım  Əliyevanın  doktorluq  dissertasiyasının  əsasını apardığı çoxillik  müşahidələr  və  kliniki  tədqiqatların  nəticəsidir.O,” Azərbaycanın  bir sıra  kimya  müəssisələri  işçilərinin  görmə  orqanının  vəziyyəti” mövzusunda  yazdığı  dissertasiya  işini  dünyanın  ən nüfuzlu  oftalmologiya mərkəzlərindən  birində- H.Helmqolts  adına  Moskva  Elmi-Tədqiqat  Göz  xəstəlikləri  İnstitutunda  müdafiə  etmişdir. 1977-ci ildə Zərifə  xanım Əliyevaya  tibb  elmləri  doktoru  elmi  dərəcəsi  verilmişdir. Professor Zərifə  xanım Əliyeva doktorluq  dissertasiyasını müdafiə etdikdən sonra  Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitunun  Oftalmologiya  kafedrasının  professoru  seçilir və  1983-cü  ildən kəmin  kafedranın  müdiri  olur. Zərifə  xanım  Əliyevanın  Azərbaycanda  oftalmologiya elminin  inkişafında  mühüm rol  oynamış bir sıra monoqrafiya və kitabların müəllifidir. Zərifə  xanım Əliyeva “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən  biridir. Bu  kitab  hal-hazırda da hər  bir  oftalmoloq  üçün  stolüstü  kitab  olaraq  qalır. Zərifə  Əliyeva  150-yə  yaxın  elmi  əsərin, 12  monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həm müəllifi olmuşdur. 1981-ci ildə  professor  Zərifə  Əliyeva  oftalmologiya  sahəsində  ən yüksək  mükafata-SSRİ  Tibb  Elmləri  Akademiyasının  akademik  M.İ.Averbax  adına  mükafata  layiq  görülmüşdü. Zərifə  xanım Əliyeva  gənc  kadrların  yetişməsində mühüm xidmətləri  olmuşdu. Zərifə  xanımın  fədakarlığı, yüksək  vətəndaşlıq  məsuliyyəti, səmimiliyi, fəal həyat  mövqeyi  ona  həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini  qazandırmışdır. Böyük  xidmətlərinə  görə Zərifə xanım Əliyeva 1983-cü  ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının  akademiki  seçilmişdir. Zərifə  xanım Əliyeva  ömrünün  62-ci  baharında  1985-ci il aprelin  15-də  vəfat  etmişdir. 1994-cü  ildə  Akademik  Zərifə  Əliyevanın  cənazəsi  Bakıya  gətirilərək  Fəxri  Xiyabanda  dəfn  olunmuşdur. 2023-cü  ildə  Prezident  İlham  Əliyevin  müvafiq  Sərəncamına  əsasən  Zərifə  xanım Əliyevanın  anadan  olmasının  100  illiyi  ilə bağlı  silsilə  tədbirlər  həyata  keçirilmişdir. Zərifə  xanım Əliyeva  həm Ulu  Öndər  Heydər  Əliyevin fədakar  həyat  yoldaşı,həm də  Prezident  İlham  Əliyevin  qayğıkeş  anası olmuşdur.

Rumiyyə Səfərova,
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin Tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button