Analitika

“Zəngilan şəhəri günü”nün tarixi torpaqlarımızda qeyd edilməsi böyük önəmə malikdir

Otuz ilə yaxın işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz viran edilmiş, tarix, mədəniyyət abidələrimiz dağıdılmış, vandalizmə məruz qalmışdır. Uzun illər soydaşlarımız doğma torpaqlarından didərgin düşmüşdür. Əlbəttə, yaşanan bütün çətinliklərin bir sonu vardır. Azərbaycan xalqı heç vaxt ona qarşı edilən haqsızlıqlara boyun əyməz və göz yummaz. Bunun sübutunu düşmənlərimiz 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı layiqincə gördü. 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Dəmir Yumruq əməliyyatı zamanı işğal olunan torpaqlarımız Azərbaycan ordusu tərəfindən azad edildi. Bu zaman bütün dünya bir daha Azərbaycan ordusunun əzmini, xalqın iradəsini və Prezident İlham Əliyevə olan etimadının gücünü gördü.

İşğaldan azad olunan şəhərlərimizdən biri də qədim Azərbaycan torpağı olan Zəngilan şəhəridir. Zəngilanın şəhəri mühüm strateji coğrafi mövqedə yerləşir. Şəhərin azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. Azad olunan ərazilərdə Prezident İlham Əliyevin əmri ilə dərhal yenidənqurma və abadlıq işlərinə başlanıldı. Zəngilan nəqliyyat qovşaqlarının üzərində yerləşir. Buna görədə yenidrənqurma işləri çərçivəsində burada hava limanının tikilməsi xüsusi əhəmiyyətə malikdir. Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin inkişafı üçün mühüm faktordur.

Bütün bunlarla yanaşı, 31 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev azad olunan şəhərlərimizin hər birinin şəhər günlərinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən bu gün,  20 oktyabr tarixində  bütün  Azərbaycan ərazisində Zəngilan şəhəri günü boyük təntənə ilə qeyd edilir. Şəhərlərimizin, o cümlədən, Zəngilan şəhərinin inkişafı ölkəmizin iqtisadi-siyasi həyatında böyük önəm kəsb edir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button