Gündəm
“Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb”
Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski birgə mətbuat konfransı keçiriblər.
Aktualinfo Media Qrup “Qafqazinfo”-ya istinadən xəbər verir ki, konfrans zamanı Trampın çıxışında diqqət çəkən dil sürüşməsi yaşanıb.
ABŞ Prezidenti İranı nəzərdə tutarkən səhvən Yaponiyanın adını çəkib.
Tramp çıxışı zamanı “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb” ifadəsini işlədib. Onun bu sözləri qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.



