AnalitikaGündəmSiyasət

Xankəndidə Yenidənqurma Nəfəsi

Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanışlıq şəhərin elmi və mədəni həyatına yeni nəfəs gətirdi. Burada yaradılan müasir infrastruktur, tədris şəraiti və araşdırma imkanları Qarabağın gələcək nəsillərini yetişdirmək üçün böyük imkanlar açır. Universitet yalnız təhsil məkanı deyil, həm də milli intellektual inkişafın simvoluna çevrilməkdədir.

Universitetdə həyata keçirilən layihələr tələbələrin rahat mühitdə oxumasını təmin etməklə yanaşı, elmi potensialın da gücləndirilməsinə xidmət edir. Bu, bölgədə bilik və mədəniyyətin yenidən dirçəlməsinin əsas dayaqlarından biri olacaq. Xankəndidə elmin inkişafı Qarabağın intellektual mərkəzə çevrilməsinə təkan verəcək.

Şəhərdə həyata keçirilən digər önəmli hadisə isə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı oldu. Bu otel həm turizm, həm də biznes sahəsində fəaliyyət göstərəcək, bölgəyə gələn qonaqlar üçün rahat şərait yaradacaq. Hotelin istifadəyə verilməsi Qarabağın iqtisadi və sosial həyatında yeni səhifə açdı.

Beləliklə, Qarabağ Universitetində görülən işlər və “Qarabağ” hotelinin açılışı Xankəndidə inkişafın, dirçəlişin və gələcəyə inamın bariz nümunəsidir. Bu proseslər bölgənin hərtərəfli tərəqqisinə xidmət edəcək.

YAP Xəzər rayon təşkilatının fəalı
Ləman Məmmədova

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button