Analitika

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursu

Xalqımızın taleyində Ulu Öndər Heydər Əliyev böyük bir idarəçilik və siyasi rəhbərlik məktəbi yaratmışdır ki, onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin əldə etdiyi uğurları bunun bariz nümunəsidir. Təsadüfi deyildir ki, fitri istedadlar ən çətin vaxtlarda üzə çıxır. Ulu Öndər ölkəmizin ən çətin vaxtında Prezident seçildi və ilk olaraq ölkəmizin daxili siyasətindəki hərc-mərciliyi uğurla aradan qaldırdı. Bu zaman Ermənistan torpaqlarımızı işğal edirdi. Ordunu gücləndirən Ulu Öndər ilk növbədə xarici siyasətdə Azərbaycana qarşı aparılan qara piar kampaniyasının qarşısını uğurla aldı. Dahi şəxsiyyət ölkədə ordu, xalq və hakimiyyət birliyi yaratdı,1994-cü ildə atəşkəsə nail oldu. Atşəskəş dövründə dövlətimiz həm siyasi, həm də hərbi cəhətdən daha da gücləndi. Təsadüfi deyildir ki, Ermənistanın dünyaya təbliğ etdiyi “Azərbaycan Ermənistan torpaqlarını işğal edir” kimi yanlış təbliğatı dayandırdı. Ulu öndərin ən böyük qələbəsinin iki bariz sübutu kimi ABŞ konqresində qəbul edilən 907-ci düzəlişin dayandırılmasını və 1994-cü ildə 8 ölkə və 13 şirkət tərəfindən imzalanan “Əsrin müqaviləsi”ni göstərə bilərik. Bunlar həm də dünya ictimaiyyətində erməni diasporunun təbliği nəticəsində Azərbaycana qarşı yaranan etimadsızlığı məhv etdi. Ölkəmiz Ulu Öndərin səyi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq qonşu dövlətlərlə mehriban dostluq münasibətləri yaradırdı. Azərbaycanın xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri onun balanslaşdırılmış xarakter daşıması ilə səciyyələnməsidir. Ölkəmizin geosiyasi vəziyyəti və üzləşdiyi problemlər xarici siyasət kursunda müəyyən tarazlığı gözləməyi, Azərbaycanın manevr imkanlarını saxlamağı və regionda möhkəmlənmək uğrunda mübarizə aparan müxtəlif güc mərkəzləri arasındakı münasibətlərdən səmərəli istifadə etməyi zəruri edirdi. Azərbaycan Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan vermiş, onun keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına münbit şərait yaratmışdır.

Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında fəal təmsilçilik açıq və demokratik cəmiyyət quruculuğu yolu ilə sürətlə addımlayan müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasında bu gün də aparıcı istiqamətlərdən birini təşkil edir. Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu təşkilatlarla siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri çoxşaxəli xarakter daşımaqla Azərbaycanın milli maraqlarının daha dolğun şəkildə ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmişdir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın – onun rəhbərinin mövqeyi ilə hesablaşırlar. Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button