Analitika

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır

Tarix qəhrəmanları sevir. Onu yaşadan isə qəhrəmanların şücaətidir. Boşuna bu fikirdən istifadə etmədim. Dahilik bir pillədir. Dahi şəxsiyyət olmaq isə hər bir kəsin arzusu, amma çətinliklə o pilləyə qalxan yoldur. Ulu Öndər Heydər Əliyev isə bu yolun keşməkeşli tərəflərini arxada qoyaraq dövlətçilik səlnaməsində ad qoymuşdur. Lider olmaq da hər bir kəsin işi deyil. Amma Ulu Öndər Heydər Əliyev intellekti, bacarığı ilə lider olmuşdur. Tarixə adını qızıl hərflərlə yazdıran dahi şəxsiyyət Heydər Əliyev haqda nə qədər danışsaq və yaxud yazsaq nə kəlmələr, nə də səhifələr yetər.

Ümummilli Liderin siyasi fəaliyyəti haqda çox danışa bilərik. Ulu Öndər Heydər Əliyev dövlətlararası münasibətlərdə hər zaman Azərbaycan Respublikasının müstəqil, suverenliyindən bəhs edib. Dəyirmi masalarda, siyasi konfranslarda və digər rəsmi mərasimlərdə gerçəyin nə olduğunu dünyaya çatdırırdı. Parçalanan Azərbaycanı Heydər Əliyev siyasi iradəsi nəticəsində bölünməyə qoymadı.

Dövlətlərarası münasibətlərdə Ulu Öndər Heydər Əliyev ölkələrlə dostluq əlaqələrini genişləndirməyi məqsəd qoymuşdur. Buna səbəb isə münasibətlərin dərinləşməsi həm bizim ölkənin tanınmasına, həm iqtisadi-siyasi və digər məsələlərdə leyhimizə işləyə bilərdi. Qurulan strategiya isə, həqiqətən, öz sözünü deyirdi. Tarixə nəzər salaq, 1995-ci il 1 iyul Buxarestdə Ruminiya Prezidenti İon İliyeskunun Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda belə bir çıxış edir: “Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur. Azərbaycan Ruminiyanı, rumın xalqını yaxşı tanıyır, onun tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsətinə yaxşı bələddirlər”. Ruminiya Prezidentinin bu çıxışında Azərbaycan ilə dostluq əlaqələrinin hansı müstəvidə olduğu görsənir. Tək bu deyil, 10 iyul 1995-ci ildə Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin şərəfinə rəsmi ziyafətdə baş nazir çıxışında bildirir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurub, bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır.

Sözsüz, bu deyilənlər hələ Azərbaycan haqda deyilənlərin bir qismidir. Uğurlu siyasət hər bir yerdə bizə öz sözümüzü deməyə kömək etdi. Səbəbkar isə Ulu Öndər Heydər Əliyevdir. Ümummilli liderimizin bir kəlamı da elə burada yerinə düşür: “Böyük siyasət aparmaq üçün bilik , təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.”

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button