AnalitikaGündəmSiyasət

Türk dünyasının təhlükəsizlik və həmrəylik yolu

Bakıda keçirilən mühüm görüş Türk DövlətləriTəşkilatının təhlükəsizlik məsələlərindəəməkdaşlığının yeni mərhələyə yüksəldiyini nümayişetdirdi. Prezident İlham Əliyevin Türk DövlətləriTəşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərşəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər türkdünyasının qarşısında dayanan çağırışların mahiyyətini onların qarşısında birgə fəaliyyətin əhəmiyyətiniaydın şəkildə ortaya qoydu. Dövlət başçısı qeyd etdi ki, ümumi etnik köklər, dil, mədəniyyət tarixi yaxınlıqTürk Dövlətləri Təşkilatını möhkəmləndirən mühümamillərdir. Bu mənəvi birlik yalnız keçmişin yadigarıdeyil, həm gələcəyə uzanan möhkəm körpüdür. Bugün türk dövlətlərini bir araya gətirən bağlar siyasi iqtisadi münasibətlərlə yanaşı, xalqların qəlbindəyaşayan doğmalıq hissindən güc alır.

  Müasir dünyanın mürəkkəb sürətlə dəyişənmənzərəsində sabitlik təhlükəsizlik hər bir dövlətindavamlı inkişafının əsas şərtlərindən birinə çevrilib. Prezident İlham Əliyevin çıxışında məhz bu həqiqətxüsusi vurğu ilə diqqətə çatdırıldı. Azərbaycanın digər türk dövlətlərinin öz ərazilərində sabitliyiqoruması onların inkişafı üçün mühüm zəmin yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, təhlükəsizlikolmadan iqtisadi inkişaf, investisiya, texnologiya innovasiyaların cəlb edilməsi mümkün deyil. Bunagörə təhlükəsizlik məsələlərində təcrübə məlumat mübadiləsinin aparılması, zəif nöqtələrinmüəyyənləşdirilməsi, yeni təhdidlərin qarşısınınalınması Türk Dövlətləri Təşkilatının qarşısında duranmühüm vəzifələrdəndir.

  Bu baxımdan Bakıda keçirilən görüş yalnız ayrı-ayrıtəhlükəsizlik qurumlarının toplantısı deyil, həm ortaq gələcəyə məsuliyyətli yanaşmanın ifadəsidir. Terrorçuluq, ekstremizm, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, kiberməkanda informasiya sahəsində yaranan təhdidlər sərhəd tanımır onların qarşısının alınması qarşılıqlı əməkdaşlıqtələb edir. Azərbaycan Prezidentinin çıxışında ifadəolunan fikirlər türk dövlətlərinin təhlükəsizliksahəsində həmrəyliyinin möhkəmləndirilməsininəhəmiyyətini bir daha göstərdi. Tarixin müxtəlifsınaqlarından keçərək bu gün yeni yüksəlişmərhələsinə qədəm qoyan türk dünyası öz birliyini, qarşılıqlı etimadını təhlükəsizliyə dair ortaqməsuliyyətini daha da gücləndirir.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button