AnalitikaDünyaGündəm

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

Dövlət başçısı qeyd edib ki, Ankara Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün addımlara böyük önəm verir: “Türkiyə türk ölkələrindəki qardaşlarımızın fevral zəlzələlərindən sonra türk xalqı ilə göstərdiyi həmrəyliyi hər zaman xatırlayacaq. Əminəm ki, qardaşlıq ruhunu qoruyub saxlamaqla biz daha böyük uğurlara imza atacağıq”.

Prezident Ərdoğan 9-cu dəfə keçirilən Dünya Türk Tibb Konqresinin türk dünyası ölkələri arasında səhiyyə sahəsində əməkdaşlıq potensialının hərtərəfli genişləndirilməsində son dərəcə mühüm rol oynadığını vurğulayıb.

O, həmçinin süni intellekt texnologiyalarının tibb sahəsində tətbiqinin vacibliyini qeyd edib: “Süni intellekt texnologiyalarının qlobal bazarı durmadan artır. 2030-cu ilə qədər 1,5 trilyon dollara çatacağı gözlənilən süni intellekt həyatımızın hər sahəsinə təsir edəcək. Şübhəsiz ki, səhiyyədə süni intellekt mövzusunda təqdimatlar və müzakirələr bu sahədə məlumatlığımızın artmasına öz töhfəsini verir. Bu istiqamətdə göstərdiyiniz səylərə görə hər birinizə minnətdarlığımı bildirirəm”, – deyə siyasətçi bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirakının iqtisadi əhəmiyyətini təhlil edib. O bildirib ki, Türk Dövlətləri Təşkilatına (TDT) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi ölkə rolunda qatılırlar: “2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan ilə TDT arasında 4,6 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatları həyata keçirilib. Bu dəyər Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 13%-ni təşkil edir. TDT-yə daxil olan ölkələr arasında Türkiyə Cümhuriyyəti 84% ilə ilk sırada yer alır. Digər yerləri Qazaxıstan (8%), Türkmənistan (5%), Özbəkistan (3%), Macarıstan və Tacikistan (birgə 1%) tutur”.

Türkiyə Cümhuriyyətinin siyahıda ilk sırada olması enerji ticarətinin dövriyyəsi ilə əlaqədardır. Habelə, Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir. Azərbaycanın təbii qaz ixracının 17%-i, xam neftin isə 1%-i Türkiyə Cümhuriyyətinə ixrac edilir.  Türkiyədən başqa TDT-də müşahidəçi ölkə rolunda çıxış edən Macarıstana ixracda 530 min ABŞ dolları dəyərində neft məhsulu ixrac edilir ki, bu da ümumi ixracın yarısını təşkil edir. Türkiyə ilə Azərbaycan arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi də yüksəlməkdədir. Azərbaycanın qeyri-neft ixracına liderlik edən pambıq və kimya sənayesi məhsullarının böyük hissəsi qardaş ölkəyə ixrac edilir.

Azərbaycanın Macarıstan istisna olmaqla digər Türk dövlətləri ilə azad ticarət sazişləri və Türkiyə ilə preferensial ticarət sazişi mövcuddur. Türkiyə və Macarıstan Türk Dövlətləri Təşkilatı arasında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr sırasındadır. Belə ki, 2022-ci ilin ilk 6 ayı ərzində Türkiyə Cümhuriyyəti Azərbaycan iqtisadiyyatına 480,8 milyon, Macarıstan 5,1 milyon, Qazaxıstan isə 3,5 milyon ABŞ dolları birbaşa xarici sərmayə yatırıb.

Azərbaycanlı investorlar tərəfindən isə Türkiyə Cümhuriyyətinə 59,7 milyon ABŞ dolları və Özbəkistan iqtisadiyyatına isə 8 milyon ABŞ dolları sərmayə yatırılıb.

Günel Əlizadə,
 YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button