
Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü maraqla keçib.
Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə TDT-nın liderləri ilə bir araya gəlib. TDT liderlərinin budəfəki görüşü Avropa İttifaqı ilə Mərkəzi Asiyanın türk ölkələri arasında yaxınlaşmasının göstəricisidir.
Bu görüşün həm beynəlxalq həm də regional müstəvidə böyük əhəmiyyəti vardır. TDT-nın qeyri-rəsmi toplantısı çərçivəsində son zamanlar beynəlxalq münasibətlərdə mövcud olan real vəziyyət təhlil olunmuş ; Avropa və Asiya ölkələri arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə inteqrasiyanın inkişaf etdirilməsi məsələləri mazakirə olunmuşdur.
TDT tarixində ilk dəfə bir müşahidəçi ölkənin ev sahibliyi ilə keçirilməsi Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində artan tarixi rolunu təstiq edir.
Budapeştdə keçirilən TDT-nın qeyri-rəsmi Zirvə Görüşündə Şərqlə – Qərb arasında prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ortaq məsələlər təhlil olunmuşdur.
Qeyri – rəsmi Zirvə görüşünnün sonunda TDT-nin ortaq baxışını və strateji istiqamətini təsdiqləyən “Budapeşt Bəyannaməsi” nin qəbulu, eləcə də müxtəlif mühüm qərar və təşəbbüslərin ictimaiyyətə açıqlanması nəzərdə tutulmuşdur. Macarıstanın Baş Naziri – Viktor Orban və Azərbaycan Respublikasının Prezidenti – İlham Əliyev mətbuat qarşısında bəyanatla çıxış etmişlər.
Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın çıxışları iki ölkə arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, regional və qlobal məsələlərdə ortaq baxışlara malik olduqlarını bir daha nümayiş etdirdi. Enerji, iqtisadiyyat, sülh təşəbbüsləri və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlıq hər iki liderin çıxışlarında xüsusi yer aldı. TDT-nın qeyri-rəsmi Zirvə Görüşünün Avropada yerləşən Budapeşt şəhərində baş tutması bu qurumun dayanmadan fəaliyyətdə olduğunu təstiq edir.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri