AnalitikaGündəmSiyasət

Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü, regional əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm bir platforma təqdim etdi

Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri arasında regional təhlükəsizlik məsələlərinin aktuallığını qeyd etdi. O, kollektiv müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və birgə hərbi təlimlərin keçirilməsinin zəruriliyini vurğuladı. Bu təkliflər regionda sabitliyin qorunması və xarici təhdidlərə qarşı vahid mövqenin formalaşdırılması üçün önəm daşıyır. Həmçinin, bu addımlar dövlətlər arasında güvən mühitinin möhkəmlənməsinə və təhlükəsizlik əməkdaşlığının yüksək səviyyəyə çatmasına xidmət edir.Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi regional sabitliyə və təhlükəsizliyə töhvə verəcək. Türk dövlətlərini birləşdirən əsas dəyərlərdən biri onların ortaq mədəni irsidir. Prezident İlham Əliyev çıxışında TÜRKSOY kimi mədəni təşkilatların fəaliyyətinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Bu, gənc nəsillərin milli və ümumtürk kimliyinin qorunması, həmçinin mədəniyyətlərarası dialoqun təşviqi üçün əhəmiyyətlidir. İlham Əliyev həmçinin təhsil, elm və gənclər siyasətində birgə layihələrin həyata keçirilməsini dəstəklədiyini bildirdi.Mədəni və humanitar sahələrdə əməkdaşlıq Türk Dövlətləri arasında uzunmüddətli etimad və dostluğ münasibətlərinin formalaşmasına şərait yaradır. Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının inkişafında yeni mərhələdir. Zirvə görüşü regional təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində birgə fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul etdi. Prezident İlham Əliyevin strateji çağırışları təşkilatın gələcək fəaliyyətinə istiqamət verir və Türk dünyasının siyasi-hüquqi, iqtisadi və mədəni birliyinin möhkəmlənməsinə təkan yaradır. Bu isə, öz növbəsində, regionun davamlı inkişafı və təhlükəsizliyinə zəmin hazırlayır. Türk xalqlarının ortaq tarix və mədəniyyətinin qorunması üçün TÜRKSOY kimi qurumların fəaliyyətinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzində idi. O, gənclərin bir-birini daha yaxşı tanıması və ortaq dəyərlərin paylaşılması üçün təhsil və mədəni layihələrin artırılmasının vacibliyini qeyd etdi.

Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü, regional əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm bir platforma təqdim etdi. Prezident İlham Əliyevin çıxışı təşkilatın qarşısında duran çağırışlara cavab olaraq siyasi, iqtisadi və mədəni sahələrdə vahid yanaşmanın formalaşmasına təkan verdi. Bu, Türk Dövlətləri arasında davamlı əməkdaşlığın və qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

 

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button