
Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Özbəkistanın fəal əməkdaşlığı bütün Türk dünyasının birliyinə xidmət edir. Qardaş xalqlarımızın tarixi köklərə əsaslanan həmrəyliyi beynəlxalq arenada güclü siyasi faktor yaradır. Təşkilat daxilində iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsi hər iki ölkənin maraqlarına cavab verir.
Prezidentlərin sammitlərdəki çıxışları və irəli sürdükləri təşəbbüslər təşkilatın nüfuzunu artırır. İqtisadi inteqrasiya, ortaq fondların yaradılması və nəqliyyat layihələrinin əlaqələndirilməsi uğurla həyata keçirilir. Türk dünyasının iqtisadi potensialı bu birrlik sayəsində daha da güclənir.
Mədəniyyət, təhsil və gənclər siyasəti sahəsində qəbul edilən qərarlar xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Ortaq dəyərlərin təbliği və qorunması istiqamətində birgə layihələr icra olunur. Bu həmrəylik gələcək nəsillərə qoyulan ən böyük əmanətdir.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının aparıcı qüvvələrindən biridir. İki ölkənin sıx əməkdaşlığı təşkilatın inkişafına mühüm təkan verir. Bu qardaşlıq ittifaqı qlobal miqyasda sülhün və tərəqqinin təminatçısıdır.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



