GündəmSosial

Turan və Ağadədənin axtarışları davam edir

Dekabrın 9-da Astarada balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar – Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir.

Gundemws.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dənizdə müxtəlif istiqamətlər üzrə axtarış tədbirləri həyata keçirilir.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə onların tapılması ilə bağlı məlumatlar yayılsa da, rəsmi şəkildə təkzib olunmuşdu.

Oxşar Xəbərlər

Back to top button