Elm və Təhsil

Tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək

Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.

Aktualinfo.az “Report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Təqaüdün təsis edilməsi 2023-cü ilin may–iyun ayı üçün nəzərdə tutulub. Bu bənd üzrə icraçı qurumlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyidir.

Oxşar Xəbərlər

Back to top button