
2020-ci ilin payızında Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində inamla irəliləyirdi. Oktyabrın 25-də xalqımız üçün növbəti şad xəbər daxil oldu və Qubadlı rayonunun işğaldan azad edildiyi elan edildi. Bu xəbər bütün Azərbaycanda böyük coşqu və bayram əhval-ruhiyyəsi ilə qarşılandı.
Qubadlı əməliyyatı həm strateji, həm də mənəvi baxımından müharibənin taleyində mühüm rol oynayırdı. Rayonun relyefi son dərəcə çətin dağlıq və meşəlik ərazilərdən ibarət olsa da, Azərbaycan əsgəri heç bir maneəyə baxmayaraq irəliləyirdi. Düşmən qüvvələri həmin istiqamətdə güclü istehkamlar qursalar da, Silahlı Qüvvələrimizin peşəkarlığı qarşısında tab gətirə bilmədilər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində Qubadlının azad olunduğunu rəsmən elan etdi. Dövlət başçısının bu qələbə müjdəsi hər bir azərbaycanlının qəlbində sonsuz qürur və fəxarət hissi yaratdı. Azərbaycan bayrağının doğma torpaqlarımızda dalğalanması uğrunda verilən hər bir şəhidin qanı yerdə qalmırdı.
Qubadlının azad olunması ilə düşmənin cənub cəbhəsindəki müdafiə xətti tamamilə yarıldı və qələbəyə gedən yol daha da qısaldı. Bu tarixi hadisə Azərbaycan xalqının gücünü, ordumuzun qüdrətini və xalq-iqtidar birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Qubadlı artıq azaddır və bu torpaqda həyatın yenidən bərpası üçün möhkəm təməl qoyuldu.
Ruhən Hüseynova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Puşkin küçəsi, 19” ərazi partiya təşkilatının sədr müavini



