DünyaGündəm

Suriyada bayram elan edildi

Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası dekabrın 8-ni ölkədə milli bayram elan edib.

Gundemws.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bu gün şəhidlərin, qurbanların, məhbusların, köçkünlərin və məzlumların qələbə günüdür”, – müxalifətin bəyanatında deyilir.

Koalisiya hakimiyyətin keçid administrasiyasına verilməsi prosesini tamamlamaq üçün işləri davam etdirəcəklərini və yeni Suriyanın inşasında bütün ölkələrlə strateji əməkdaşlığa hazır olduqlarını bildirib.

Oxşar Xəbərlər

Back to top button