
Sülh sazişinin əldə olunmasından sonra Azərbaycan regional inteqrasiyanı təşviq edən praktiki addımlar atır. Bu gün ölkəmiz tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə əsaslı şəkildə töhfə verir.
Bununla bərabər, Azərbaycan ərazisindən Ermənistana doğru tranzit yüklərin göndərilməsi geniş vüsət almış və indiyədək 40 min tondan çox yük təyinat yerinə çatdırılmışdır. Neft məhsullarının ixracı ilə bağlı dünyada yaranan problemlər fonunda bu addımlar daha böyük məna kəsb edir.
Prezident İlham Əliyev Almaniyada qeyd etmişdir ki, bu addımlar regionun iqtisadi dirçəlişinə və sülhün qorunmasına xidmət edir. Azərbaycan sözdə deyil, əməldə sülhün və əməkdaşlığın tərəfdarıdır.
Sevinc Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



