
Azərbaycanın xarici siyasətində əsas meyar məhsuldar və real nəticələrə hesablanmış addımların atılmasıdır. Şuşada Slovakiya Prezidenti ilə görüş zamanı Prezident İlham Əliyevin səsləndirdiyi “Biz konkret işlərin tərəfdarıyıq” ifadəsi iki ölkə arasındakı əlaqələrin fəlsəfəsini tam açıqlayır.
Bu gün Slovakiya ilə aramızda olan razılaşmalar sadəcə kağız üzərində qalmır. Oktyabrdan başlayacaq birbaşa uçuşlar, Ağdamda inşa edilən “Ağıllı kənd” və müdafiə sənayesi sahəsindəki birgə layihələr bu konkretliyin bariz nümunələridir. Azərbaycan öz tərəfdaşlarına qarşılıqlı maraqlara xidmət edən dəqiq yol xəritəsi təklif edir.
Slovakiya rəhbərliyinin bu işlərə yüksək qiymət verməsi və ölkəmizi mühüm strateji tərəfdaş adlandırması aparılan siyasətin doğruluğunu sübut edir. Şuşadan verilən bu ismarıc bütün dünyaya ünvanlanmış bir səmimiyyət və qətiyyət mesajıdır.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



