
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günükimi təsis edilmişdir. Bu gün torpaqlarımızın azadlığıuğrunda canından keçən azadlıq fədailərinə, bütünşəhidlərimizə dərin ehtiramın və minnətdarlığınifadəsidir.
27 sentyabr bizə vahid bir xalq olmağın, eyniaddımlamağın və bir yumruq kimi birləşməyin nədemək olduğunu xatırlatdı. Səngərdə düşmən üzərinətərəddüdsüz yeriyən əsgərin cəsarəti ilə arxa cəbhədədualarını əskik etməyən, əlindən gələn hər cür dəstəyiverən insanların birliyi eyni məqsədə xidmət edirdi: Torpaqlarımızın azadlığı və tapdanmış ədalətin bərpası.
Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslıbərpa və quruculuq işləri, doğma yurdlarına qayıdansoydaşlarımızın sevinci şəhidlərimizin ruhuna ənböyük töhfədir. 27 sentyabrla başlayan zəfər yürüşüAzərbaycanın regionda və dünyada mövqeyini köklüşəkildə dəyişdi və tarixi ədaləti bərpa etdi.
İllər keçəcək, nəsillər dəyişəcək, amma 27 sentyabrınruhu heç vaxt unudulmayacaq. Bu gün Qarabağda, Şuşanın zirvəsində azad dalğalanan üçrənglibayrağımıza hər dəfə baxanda o 44 günlük möhtəşəmdastanı və o dastanın qəhrəmanlarını minnətdarlıqlaxatırlayıram.
Ruhunuz şad olsun, Vətən oğulları. Bizə bəxş etdiyinizbu Zəfər və əmanət qoyduğunuz bu azad torpaqlar hərzaman ən müqəddəs varlığımız olaraq qalacaq.



