DünyaSiyasət

SANQAÇAL TERMİNALI TƏHDİDİ: AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN QIRMIZI XƏTTİDİR!

Son günlərdə ABŞ və İran arasında yaşanan gərginliyin nəticəsi olaraq, Körfəz ölkələrinin strateji neft və təbii qaz sənayesi ilə limanlarına qarşı İranın hücumları intensiv hal almışdır. Bu səbəbdən Azərbaycanın və Türk Devletləri Təşkilatının strateji enerji mərkəzi mövqeyinə gəlmiş, eyni zamanda Avropanın əsas enerji tədarükçüsü olan Sanqaçal Terminalına qarşı təhdid risklərinin artdığını görməkdəyik.

Aktualinfo Media Qrup xəbər verir ki, Bakının təxminən 55 km cənubunda yerləşən Sanqaçal Terminalı, Azərbaycanın neft və təbii qaz sənayesinin ən strateji infrastruktur obyektlərindən biridir. Xəzər hövzəsindəki BP tərəfindən idarə olunan enerji yataqlarından çıxarılan xam neft və təbii qazın toplandığı, emal edildiyi, saxlanıldığı və dünya bazarlarına göndərildiyi əsas mərkəzdir. Terminalın daxilində neft və qaz emalı müəssisələri, Bakı–Tiflis–Ceyhan (BTC) xam neft boru kəmərinin ilk nasos stansiyası, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) kompressor qurğuları və müxtəlif idarəetmə sistemləri mövcuddur. Xəzər dənizindəki yataqlardan çıxarılan resurslar sualtı boru xətləri ilə birbaşa terminala çatdırılır. Terminala daxil olan səkkiz fərqli boru kəməri ilə terminaldan çıxan səkkiz ayrı enerji xətti var. Bu infrastruktur sayəsində Azərbaycanın yüksək keyfiyyətli neft və qazı dünya bazarlarına daşınır, həmçinin Qazaxıstan və Türkmənistandan gələn üçüncü tərəf neft sevkiyatları da bu terminal vasitəsilə həyata keçirilir.

Təxminən 688 hektarlıq ərazini əhatə edən Sanqaçal Terminalı, dünyanın ən böyük neft və qaz terminallarından biri hesab olunur. Terminal “İlkin Neft Layihəsi” və “Sanqaçal Terminalının Genişləndirilməsi Proqramı” çərçivəsində inkişaf etdirilmişdir. Terminal həmçinin BTC boru kəmərinin ən kritik iki ünsürünə — ana nasos stansiyasına və mərkəzi idarəetmə otağına ev sahibliyi edir. Bu mərkəz Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən bütün BTC xəttini real vaxt rejimində izləyir. 2025-ci il boyunca terminalın gündəlik emal gücü təxminən 1,2 milyon barel ham neft və 100 milyon standart kubmetr qaz təşkil etmişdir.

İran ilə ABŞ arasında yaşanan gərginliklərin artması, enerji təhlükəsizliyi baxımından regional riskləri də ciddi şəkildə artırır. Xüsusilə Hürmüz boğazından yan keçən alternativ enerji koridorlarının inkişaf etdirilməsindən sonra İranın bu infrastrukturları potensial təhdid olaraq gördüyü dəyərləndirilir. Daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanı və ətrafındakı enerji obyektlərinə edilən PUA və sabotaj hücumları buna nümunədir. Bu baxımdan İranın vermək istədiyi mesajın yalnız Hürmüz boğazını deyil, həm də alternativ enerji marşrutlarını hədəf ala biləcəyi yönündə olduğu düşünülür. Sanqaçal Terminalı da İrana coğrafi yaxınlığı səbəbindən potensial təhdid sahələri arasında yer ala bilər. Bura təkcə Azərbaycan üçün deyil, Türkiyə, Türk Dövlətləri Təşkilatı, Avropa enerji təhlükəsizliyi və Orta Asiya enerji ixracı üçün də həyati əhəmiyyətli bir mərkəzdir.

Nəticə olaraq, ABŞ-ın İran üzərindəki hərbi, iqtisadi və siyasi təzyiqinin artması vəziyyətində, İranın birbaşa alternativ neft və qaz terminallarına qarşı PUA hücumları və ya hibrid əməliyyatlar həyata keçirmə ehtimalı diqqətdən kənarda qalmamalıdır. Azərbaycanın Sanqaçal Terminalı, Səudiyyə Ərəbistanının Yanbu Terminalı və BƏƏ-nin Fuceyra terminalları risk altında olan başlıca strateji enerji nöqtələridir.

Akif Qasımov,
Ehtiyatda olan polkovnik, TÜRK DEGS-in Qafqaz üzrə təhlükəsizlik eksperti

Oxşar Xəbərlər

Back to top button