Sosial

“Sağlam nəsil və sağlam gələcək üçün maarifləndirmə”

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam nəsil və sağlam gələcək üçün maarifləndirmə” adlı layihənin icrasına başlayıb.

Gundemws.az xəbər verir ki, layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində idman tədbirləri şəhid ailələrinin və qazilərin birbaşa iştirakı ilə təşkil olunacaq. Qarşıdakı üç ay müddətində şahmat turnirinin və bilik yarışmasının keçirilməsi planlaşdırılır.

Layihənin əsas məqsədi yeniyetmələr və gənclər arasında sağlam həyat tərzini, idmana olan həvəsi təbliğ etmək, onların vətənpərvər ruhda tərbiyə etmək, yetişdirmək kimi dövlətin mühüm missiyasına dəstək olmaqdır.

Müxtəlif yarışları və müvafiq maarifləndirmə işləri həyata keçirmək yolu ilə yeniyetmələrdə, gənclərdə sağlam həyat düşüncəsini möhkəmləndirmək isə layihənin əsas ideyasıdır. Şübhə yoxdur ki, layihənin icrası ilə gənclərin sağlam həyata, idmana olan maraqları daha da artacaq, milli vətənpərvər ruhda yetişməsinə əlavə dəstək olacaq.

Oxşar Xəbərlər

Back to top button