
Roma Papası XIV Leo ənənəvi bazar günü xütbəsi zamanı Ermənistan və Azərbaycanın sülh Bəyannaməsini imzalamalarını alqışlayıb.
Gundemws.az bu barədə TASS-a istinadla xəbər verir.
“Müharibələrin bitməsi üçün dua etməyə davam edək. Mən Ermənistan və Azərbaycanı birgə sülh Bəyannaməsini imzalamaları münasibətilə təbrik edirəm.
Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına töhfə verəcək”, – deyə pontifik bildirib.