AnalitikaGündəm

Regionda ilk dəfə keçirilən COP29-a Azərbaycan uğurla ev sahibliyi etdi və tarixinə daha bir hadisənin salnaməsi yazıldı

Regionda ilk dəfə keçirilən COP29-a Azərbaycan uğurla ev sahibliyi etdi və tarixinə daha bir hadisənin salnaməsi yazıldı. COP29 inkişaf etmiş vəinkişaf etməkdə olan ölkələr arasında Qlobal Şimal və Qlobal Cənub arasında ixtilafların kənara qoyulması, ümumi nöqtələrin tapılması baxımından önəmli platformadır. Karbon emissiya qazlarının atmosferə buraxılmasının azaldılması bu sahədə ölkələrin digər məsuliyyəti və inkişaf etmiş ölkələrlə birlikdə qlobal iqlimdəyişikliyi ilə bağlı aktiv iştirakı ilə bağlı məsələlərdəönəmli platforma kimi rol oynayır. Heç şübhəsiz ki, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etməksəlahiyyətinin Azərbaycana verilməsi, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin beynəlxalq arenadakı siyasi nüfuzundan irəli gəlir. Azərbaycanın digər qurumlarda və ya təşkilatlarda təmsilçiliyini, xüsusilə də Qoşulmama Hərəkatını buna nümunə olaraq göstərə bilərik.

Ölkəmizin dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təminolunmasında aparıcı rol oynayır. Strateji baxımdan mühüm geosiyasi məkanda Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlər boyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaradıb. Prezident cənab İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki mövqeyini və beynəlxalq səviyyədəki uğurlu fəaliyyətini göstərən mühüm məqamlarla zəngindir. Bu çıxışda, həmçinin Azərbaycanın iqlim məsələlərinə verdiyi əhəmiyyətin, qlobal iqlim siyasətindəki rolu və gələcək hədəfləri barədə ətraflı məlumat verilib.

Dünyanın böyük gücləri, dövlətləri, həqiqətən də, iqlim dəyişikliyinə mənfi təsir göstərəcək hərəkətlərin önündə gedirlər. Bundan daha çox əziyyət çəkən kiçik dövlətlərdir. Bunun məntiqi davamı olaraq da ada dövlətlərlə bağlı ayrıca müzakirələrin keçirilməsi orada yenə də Prezident İlham Əliyevin çıxış etməsi, özəlliklə də Fransanın müstəmləkə siyasətinə diqqət çəkilməsi təsadüfi deyil. Həqiqətən də, Fransa kimi böyük dövlətlər kiçik ada dövlətlərinin təbii sərvətlərini talayır, həm də onların məhv olmasına yol açırlar. Azərbaycan bu məsələləri çılpaq şəkildə dünyanın diqqətinə çatdırır, dünyanın taleyinə məsuliyyət daşıyan dövlətlər Fransanın timsalında buna qarşı çox əsəbi reaksiya verir. Bu isə o deməkdir ki, önümüzdəki bir il ərzində Azərbaycan COP29-un Prezidenti, rəhbəri kimi dünyanın taleyini həll edəcək məsələlərdə öndə olacaq və çox ciddi nəticələr əldə ediləcək.

Nəcibə Hüseynova,
Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru

Oxşar Xəbərlər

Back to top button