
İspaniyanın “Real Madrid” komandasının futbolçusu Endrik yenidən zədələnib.
Gundemws.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl sağ bud dizindəki oynaq vətərəsindən xəsarət alan braziliyalının durumu pisləşib.
Bu səbəbdən 18 yaşlı hücumçu İspaniya La Liqasının yeni mövsümünün ilk turunun oyununu buraxa bilər. “Kral klubu” I turda avqustun 19-da doğma meydanda “Osasuna”nı qəbul edəcək.
Xatırladaq ki, Endrik zədəyə görə klublararası dünya çempionatında da iştirak edə bilməyib.