AnalitikaGündəmSiyasət

Qlobal Bakı Forumu son illər ərzində dünyanın ən mühüm beynəlxalq platformalarından birinə çevrilib

Bakı Qlobal Forumu 2013-cü ildən bəri dünyanın gündəmində olan siyasi, iqtisadi, sosial proseslərin müzakirə mərkəzinə çevrilmişdir. Həmin ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Bakı Formunun əsas təşkilatçısı kimi çıxış edir. Dünyanın gündəmində olan məsələlərin müzakirəsi, qlobal problemlərin həlli yollarının araşdırılması üçün keçirilən forumda dünyanın bir çox ölkələrindən nüfuzlu dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, elm xadimləri iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin keçirildiyi toplantıda təsis edilmişdir. Mərkəzin təşkilatçılığı ilə hər il gündəmdə olan bir sıra məsəslələr müzakirə obyektinə çevrilir.

2025-ci il martın 13-də Bakıda Nizami Gəncəvi Beynalxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi:Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu başlayıb. İlham Əliyev açılış mərasimində çıxış edərək dünyada və regionumuzda baş verən proseslər haqqında öz fikirlərini bildirdi.  İlham Əliyev əvvəlcə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə öz təşəkkürünü bildirdi, belə mühüm beynəlxalq tədbirlər təşkil edir. O həm də COP 29 tədbirində Mərkəzin üzvlərinin fəal iştirakını vurğuladı. Prezident İlham Əliyev çıxışında qeyd etmişdi: 200 ölkənin yekdil qərarı ilə seçilmək bizim üçün böyük uğur idi. COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətlə yanaşmasından irəli gəlir. Azərbaycanın gündəliyində bərpaolunan enerjiyə böyük diqqət ayrılır. Gələn illər üçün qərara alınıb ki, Azərbaycanda bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq.

COP 29-la bağlı Qərb mediasında qaralama kompaniyası keçirilirdi. Azərbaycanı gözdən salmağa, qaralamağa çalışırdılar. Onlar deyirdilər ki, Azərbaycan neft və qaz hasil edən ölkədir. Belə qlobal bir tədbirin bizim ölkəmizdə keçirilməsini istəmirdilər. Bizə qarşı əsas iki mərkəz var idi. ABŞ-ın Dövlət Departamenti, Fransa Prezidentinin ofisi. Bütün bunlara baxmayaraq 77 min iştirakçı, 197 ölkədən təmsilçi, 70 dövlət və hökumət başçısı vardı. COP29-u baykot edən yeganə dövlət Ermənistan idi. Ölkə başçısı çıxışında qeyd etmişdir ki, Ermənistan Azərbaycan prosesinə gəldikdə biz işğal illərini, o cümlədən Ermənistan işğalı və təcavüzü nəticəsində xalqımızın çəkdiyi əzab əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq.

Həqiqətən də tarix unudanları bağışlamır. Ötən əsrin sonlarına dönüb baxsaq başımıza gətirilən faciələrin ağırlığını dərk etmək elə də çətin deyil. Və biz bu faciələri bizim başımıza gətirən ermənilərin iç üzünü II Qarabağ müharibəsində bir daha gördük. Gəncənin 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması, Bərdə şəhərində dinc əhalinin sıx toplaşdığı ərazilərə raket hücumu bizə sübut etdi ki, düşmən yenə eyni mənfur düşməndir. Onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənəd, yazılı kağız lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmasın. İldən ilə iştirakçılarının sayı artan Qlobal Bakı Formunun mövzularının əhatə dairəsi də genişlənir. İlham Əliyevin də dediyi kimi Qlobal Bakı Formu hazırda aparıcı Beynəlxalq Platformalardan biridir. XII Qlobal Bakı Formunda aparılan diskussiyalar, müzakirələr beynəlxalq münasibətlərin nizama salınmasına, sülh və əməkdaşlığın inkişafına töhfə verəcək.

Gülnar Mustafazadə,
Xəzər rayonu 181nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button