AnalitikaGündəmSiyasət

Qlobal Bakı Forumu dünya siyasətində nüfuzlu şəxsləri bir araya gətirərək beynəlxalq məsələləri müzakirə etmək üçün vacib platformadır

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə bir sıra vacib qlobal və regional məsələləri əhatə edib. Müsahibə zamanı beynəlxalq siyasətə yanaşmanın formalaşmasında Qlobal Bakı Forumunun rolu, Cənubi Qafqazda davam edən proseslər və dünyada baş verən qlobal dəyişikliklər geniş müzakirə olunub.

Dövlət başçısı müsahibəsində XII Qlobal Bakı Forumunun əhəmiyyətini xüsusi vurğulayıb. O, Forumun dünya siyasətində mühüm rol oynayan nüfuzlu şəxsləri bir araya gətirdiyini və beynəlxalq məsələlərin müzakirəsi üçün platforma rolunu oynadığını qeyd edib. Prezidentin sözlərinə görə, bugünkü mürəkkəb geosiyasi şəraitdə bu cür dialoq platformaları ölkələrin mövqelərinin aydın ifadə olunması və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından xüsusi önəm daşıyır. Azərbaycan beynəlxalq arenada sülhə və əməkdaşlığa töhfə verməklə yanaşı, qlobal problemlərin həllinə də öz töhfəsini verməyə çalışır. Forum çərçivəsində dünyanın müxtəlif regionlarında mövcud olan problemlər, beynəlxalq hüquq normalarının tətbiqi və yeni çağırışlar ətrafında müzakirələr aparılır. Qlobal Bakı Forumu dünya siyasətində nüfuzlu şəxsləri bir araya gətirərək beynəlxalq məsələləri müzakirə etmək üçün vacib platformadır.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlərdə tutduğu strategiyanın əsaslarını ortaya qoyur. O, qlobal dəyişikliklərə realist yanaşaraq, milli maraqların qorunmasını və regional sabitliyin təmin edilməsini prioritet kimi qeyd edib. Müsahibə Azərbaycanın müstəqil və öz resurslarına əsaslanan siyasət yürütməsinin uğurlu bir model olduğunu bir daha təsdiqləyir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button