AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qəhrəmanların Xatirəsinə Ehtiram

Hər bir xalqın tarixində qəhrəmanlığı ilə yadda qalan insanlar olur. Azərbaycan xalqının tarixində də Vətən uğrunda həyatını itirən şəhidlər xüsusi yer tutur.

27 Sentyabr Anım Günü onların xatirəsini yad etmək üçün təsis edilmiş mühüm gündür. Bu tarixdə şəhidlərin həyat yolu və Vətən qarşısında xidmətləri xatırlanır.

Anım Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir, şəhidlərin məzarları ziyarət olunur və onların ailələri ilə görüşlər təşkil edilir. Bu tədbirlər şəhidlərə olan hörmətin ifadəsidir.

Şəhidlərin xatirəsini qorumaq milli yaddaşımızın mühüm hissəsidir. Onların adlarının gələcək nəsillərə çatdırılması tariximizin unudulmamasına xidmət edir.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının “Ə.Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button