SosialMaraqlı

“Qəhrəmanların səsi – Torpaq uğrunda” layihəsi üzrə növbəti tədbir keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Qəhrəmanların səsi – Torpaq uğrunda” layihəsi çərçivəsində YAP Nizami rayon təşkilatında növbəti görüş təşkil olunub.

Gundemws.az xəbər verir ki, görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev və Qazilər Birliyinin sədri Fərman Rəhimli çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində əldə olunan tarixi Qələbənin arxasında dayanan birlik, iradə və qəhrəmanlıq nümunələrindən bəhs olunub, qazilərin keçdiyi şərəfli yolun gənclər üçün əsl həyat dərsi olduğu vurğulanıb. Qeyd edilib ki, bu cür layihələr milli yaddaşın qorunması və qəhrəmanlıq ideallarının gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbir interaktiv müzakirə formatında davam edib, gənclərin sualları cavablandırılıb, onların mövzu ilə bağlı fikir və təəssüratları dinlənilib. İştirakçılar qazilərin real həyat hekayələrinin vətən sevgisini daha da gücləndirdiyini qeyd ediblər.

Sonda layihədə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

#AzGF #GenclerFondu

Oxşar Xəbərlər

Back to top button