Siyasət

Qardaş Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Parti Çanaqqala il başqanlığını ziyarət edib

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyası nümayəndə heyəti AK Parti Çanaqqala il başqanlığını ziyarət edib.

Gundemws.az xəbər verir ki, AK Partinin Çanaqqala il başqanı Naim Makas ilə keçirilən görüşdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov, Milli Məclisin deputatları Aydın Hüseynov, Elnur Allahverdiyev və YAP Sabuçu rayon təşkilatının sədri Araz Xudadanov iştirak ediblər. Görüşdə vurğulanıb ki, Azərbaycan və Türkiyənin hakim partiyaları arasında sıx əlaqələr mövcuddur.

Görüşdən sonra mətbuat konfransı keçirilib, jurnalistlərin sualları cavablandırılıb.

Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button