İdman

“Qalatasaray” İstanbul derbisindən qalib ayrılıb

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.

Gundemws.az AZƏRTAC-a istinadən xəbər verir ki, XVIII tura təsadüf edən prinsipial oyunda “Fənərbağça” öz meydanında “Qalatasaray”ı qəbul edib.

“Ülkər” stadionunda oynanılan yeni ilin ilk derbi görüşündə qonaq komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Baş hakim Halil Umut Melerin idarə etdiyi qarşılaşmada “sarı-qırmızılılar”ın heyətində Serjio Oliveira (32), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.

Bu oyundan sonra “Qalatasaray” 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Əzəli rəqibindən dörd xal az toplayan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. “Başakşehir” komandası 31 xalla üçüncü sırada yer alıb.

Oxşar Xəbərlər

Back to top button