Prezident İlham Əliyevin uğurlu siyasi əzmi nəticəsində 20 ildə uğurlu münasibətlər nəticəsində yüksək pillələrə qalxdıq
Qələbə! Necə gözəl səslənir… Sanki insan qəlbindən bir anda xoşbəxtlik , bir anda isə kədər hissi keçir.. Çünki zəfərə gedən yolda canını qurban vermiş igid oğullarımız olur. Zəfərimizin açarı isə uğurlu siyasi xəttdir. Prezident İlham Əliyev,Ali Baş Komandan kimi düzgün strategiya ilə bizi tarixi torpaqlarımıza qaytardı. Tarixə adını qızıl hərflərlə yazan sərkərdəmizin düşmənə və havadarlarına tək sözü ilə deyil, əməli ilə gözdağı verdi.
Gülməlisi də ondadır ki , heç tarixdə izi-tozu bilinməyən qondarma rejimin nümayəndələri bizə qarşı təhdidlər edirdi. Amma qınamıram,çünki xəyallar aləmində yaşayan biriləri üçün elə nə qədər belə xəyallar qursa azdır. Lakin düşünmədilər ki , bir az gerçəkçi olmaq lazımdır , xəyallarla yaşasan nəticəndə elə belə məğlub olacaq. Qondarma rejim öz əməlləri ilə özlərinə quyu qazaraq ,oraya düşdülər. Bəlkə də , dediklərimizə əməl eləsəydilər ayaqları sürüşməzdi , amma nə etmək olar quyuya düşmək onlara daha xoşdur.
Prezident İlham Əliyevin uğurlu siyasi əzmi nəticəsində 20 ildə uğurlu münasibətlər nəticəsində yüksək pillələrə qalxdıq. Dövlət başçısı 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində bildirdi ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi , dövlətimizin addımları nəinki bölgədə , daha da böyük coğrafiyada böyük məna daşıyır. Bəli , hər şeyin başında düzgün strategiya dayanır. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirirdi ki , “ Nəyi, necə , nə vaxt etmək lazımdır” bunu mən bilirəm. Belə də oldu , Azərbaycan regionda öz suverenliyini bərpa etdi . Xan, kəndinə qayıtdı. Xocalıda faciə nəticəsində həlak olanların ruhu şad oldu, bütün Qarabağ üzərindən qara buludlar gedərək , işıqlı sabaha gələcəyə qapı açıldı.
Ələkbər Saleh,
YAP-ın fəalı