AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin liderliyi hərtərəfli tərəqqi və uğur dövrü kimi tariximizə yazılacaq

“Prezident İlham Əliyev diplomatik, sosial və iqtisadi sahələrdə Azərbaycanın qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirərək, ölkəni yeni inkişaf mərhələsinə yüksədib. Onun apardığı siyasət həmçinin regional və beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu artırıb. Böyük Qayıdış və postmüharibə dövründəki inkişaf layihələri, eyni zamanda, Prezident İlham Əliyevin liderlik şəxsiyyəti, xalqına və dövlətinə olan sevgisi xüsusi əhəmiyyət malikdir. Bu siyasət, təkcə Azərbaycanın deyil, bütöv Cənubi Qafqazın və regionun gələcəyini təmin edəcək böyük bir strateji zəfərdir”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın apardığı mübarizə, yalnız hərbi qələbə ilə yox, həm də diplomatik, sosial və iqtisadi sahələrdə böyük uğurlarla nəticələnib. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonrakı dövr, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və sabitlik yaratmaq üçün atılan mühüm addımların şahidi oldu. Bu dövr həm də Azərbaycanın Böyük Qayıdış strategiyasının başlanğıcı olub. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və xalqına olan bağlılığı bu tarixi prosesin əsasını təşkil etmişdir. Eyni zamanda bu hadisələr cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin kuliminasiya nöqtəsi olmuşdur.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış proqramı regionun yeni inkişaf modelinə çevrilməsi üçün mühüm bir layihədir. Dövlət proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Üç hava limanının inşası, minlərlə kilometr avtomobil yolunun çəkilməsi, yeni yaşayış məntəqələrinin salınması və digər infrastruktur layihələri Azərbaycanın iqtisadi potensialını gücləndirərək, regionun beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin qovşağına çevrilməsini təmin edir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ad günlərində xalqı ilə olan münasibətini daha da dərinləşdirir. O, əlamətdar günlərində məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşərək, onların həyat şəraitinin yaxşılaşdırılmasına dəstək olur. Həmçinin, Prezidentin Ağcabədidə məcburi köçkünlərlə, Qarabağda Şuşada xalqla birgə olmağı, sosial infrastruktur layihələrinin açılışlarına qatılması onun xalqla birgə olduğunu və onların problemlərini ön planda tutduğunu göstərir.

Rəşadət Xalıqov əlavə edib ki, ümumən Azərbaycanda Prezident İlham Əliyevin liderliyi hərtərəfli tərəqqi və uğur dövrü kimi tarixə yazılacaq. Ölkə daxilində sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirib.

Oxşar Xəbərlər

Back to top button