Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri
Ölkə başçımızın ölkəmiz üçün etdiyi işlərin və işgüzar səfərləri ardı-arası kəsilmir. Bu dəfə cənab prezident ikinci Qarabağ müharibəsi zamanı beynalxalq təşkilatlarda həmişə Azərbaycanın ərazi bütövlüyünü bəyan etmiş Gürcüstana səfər etmişdir. Səfər Gürcüstanın Tbilisi şəhərində baş tutmuşdur. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin öz çıxışında Azərbaycanla əməkdaşlıq əlqalərini möhkəmləndirəcəyini bəyan etmişdir. O, Gürcüstanın Azərbaycanla iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu il bizim ticarətimiz 15 faiz artmışdır. Ötən il rekord göstəricilərimiz olmuşdur. Yüklərin daşınması baxımından da həcm əhəmiyyətli dərəcədə artmışdır. Biz, eyni zamanda, Orta Dəhliz layihəsinin inkişafını və perspektivlərini müzakirə etdik. Bildiyiniz kimi, biz Azərbaycanla və Qazaxıstanla əlaqələndirilmiş şəkildə fəaliyyət göstəririk ki, həmin layihə uğurla inkişaf etsin. Dəmir yolu xətti layihəsi genişləndirilir. Magistral yollar, dəniz limanları – bunlar hamısı bizim gündəliyimizdə olduğun vurğulamışdır. Son olaraq baş nazir çıxışında cənab prezidentin atası mərhum prezident Heydər Əliyevin bizim dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur. Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm.
Cənab prezident İlham Əliyev öz çıxışında biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir; Həmçinin Gürcüstanla Azərbaycan əlaqələrinin daha da möhkəmlənəcəyini birlikdə inkişaflar edəcəyini bildirmişdir.
Tağıyeva Aygün,
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində
Qida Sənaye Kollecinin İstehsalat təcrübə rəhbəri