AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin AMEA-da çıxışı – elmin inkişafına və milli kimliyə strateji baxış

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında alimlərlə görüşdə etdiyi çıxış elmin dövlət siyasətində mərkəzi yer tutduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı alimləri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və tədqiqat işlərinə fəal qoşulmağa çağırdı. O, elmin yalnız nəzəri sahə kimi deyil, dövlət idarəçiliyində, iqtisadiyyatda və ekoloji məsələlərdə praktik baza rolunu oynamalı olduğunu vurğuladı. Prezident bildirdi ki, elmi əsaslara söykənən qərarlar daha səmərəli və uzunmüddətli nəticələr verir.

Çıxışında Ümummilli Lider Heydər Əliyevin elmin inkişafına verdiyi böyük töhfələrə də toxunan dövlət başçısı qeyd etdi ki, məhz bu siyasət nəticəsində ölkəmizdə güclü intellektual potensial formalaşıb. İlham Əliyev bu xətti davam etdirərək elmə ayrılan vəsaitin artırılması, Elm Fondunun və “Elm haqqında” Qanunun qəbulunu bu istiqamətdə mühüm addımlar kimi dəyərləndirdi.

Prezident həmçinin tarixi yaddaşın qorunmasının, Qarabağ və Şərqi Zəngəzurun elmi əsaslarla öyrənilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycanın tarixi həqiqətlərini dünyaya çatdırmağın ən güclü yolu elmi faktlara əsaslanmaqdır. Dövlət başçısı alimləri tarixi sənədlər, xəritələr və tədqiqat əsərləri vasitəsilə bu istiqamətdə fəallığa səslədi.

Prezident İlham Əliyevin AMEA-da çıxışı elmin milli inkişaf modelinin əsas dayağına çevrildiyini, elmi biliklərin həm dövlət siyasətinin, həm də milli kimliyin möhkəmlənməsinə xidmət etdiyini təsdiqlədi.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button