GündəmAnalitikaSiyasət

Prezident İlham Əliyev “Rossiya Seqodnya” İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsi əhali tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan prezidenti İlham Əliyev “Rossiya Seqodnya” İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib. Azərbaycan prezidenti Rusiya ilə NATO arasında münasibətlərin aşkar qarşıdurmaya getməyəcəyinə ümid etdiyini bildirib: “NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”. Prezident İlham Əliyev Azərbaycanın müharibə edən tərəflər arasında danışıqlar üçün platforma təqdim etmək imkanını qeyd edib: “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”. Azərbaycan prezidentinin sözlərinə görə, həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil: “Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”.

Ermənistanın üçüncü dövlətlər tərəfindən silahlandırılmasından danışan Cənab İlham Əliyev təhdidlərin “kifayət qədər ciddi” olduğunu vurğulayıb: “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır”. Azərbaycan liderinin sözlərinə görə, Ermənistanın sürətlə silahlanması ona gətirib çıxarıb ki, 2025-ci ilin hərbi büdcəsi Azərbaycan üçün rekord olacaq: “Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik”. Cənab İlham Əliyev əlavə edib ki, o, silahlanma yarışını fəlakətli yol hesab edir: “Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. ”Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”, – Cənab İlham Əliyev əlavə edib.

Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button