Siyasət

Prezident İlham Əliyev: Biz nə demişiksə, hər bir sözümüz həyatda öz əksini tapıb

Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə, bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək.

Gundemws.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.

Dövlətimizin başçısı deyib ki, bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı artırır. Bütün bu işlərin təməlinin Ulu Öndərin dövründə qoyulduğunu vurğulayan Prezident deyib: “O vaxt Azərbaycanın neft-qaz potensialı ilə bağlı bir çox uydurmalar, bir çox şayiələr gəzirdi, hələ bu gün də var. Amma həyat onu göstərir ki, biz nə demişiksə, hər bir sözümüz həyatda öz əksini tapıb”.

Oxşar Xəbərlər

Back to top button