Siyasət

Prezident: Azərbaycan Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşır

Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.

Gundemws.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

Dövlətimizin başçısı imzaladığı Sərəncamla 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu vurğulayaraq bildirib ki, ilin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm də müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcək.

Oxşar Xəbərlər

Back to top button